Super Liqa klubu baş məşqçisini yola saldı

10:30 - 30 Noyabr 2020

"Ərzurumspor" baş məşqçisi Mehmet Özdileki istefaya göndərib. Sportal.az xəbər verir ki, buna komandanın uğursuz nəticələri səbəb olub.

Super Liqanın X turunda "Antalyaspor"la 2:2 hesablı bərabərliyə razılaşan "Ərzurumspor" mövsümdə cəmi 9 xal toplayıb və 21 kollektiv arasında 17-cidi. 2 qələbə və 3 heç-heçəsi olan komanda qalan qarşılaşmalarında məğlubiyyətə üzülüb.

Mehmet Özdilek "Ərzurumspor"u bu ilin mart ayından çalışdırırdı.

Xəbər xətti