"Real"da ciddi itkilər

12:28 - 1 Dekabr 2020

Çempionlar Liqasının qrup mərhələsinin V turunda səfərdə "Şaxtyor"la (Donetsk) qarşılaşacaq "Real" klubu Ukraynaya ciddi itkilərlə yollanıb.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisində Serxio Ramos, Alvaro Odriosola, Eden  Azar, Federiko Valverde, Dani Karvahal və Luka Yoviç matçı buraxacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 6 futbolçu da oyunun iştirak ərizəsinə salınmayıb.

Bu axşam keçiriləcək "Şaxtyor" - "Real" matçına saat 21:55-də start veriləcək.

Xəbər xətti