Braziliyalı futbolçu 45 yaşda karyerasını bərpa edir

11:17 - 2 Dekabr 2020

Karyerası ərzində 12 müxtəlif komandada oynayan Marselinyo Paraiba 45 yaşında yenidən futbola qayıtmağa qərar verib.

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu III Liqa komandalarından biri olan Treze ilə razılaşıb.

Sonuncu dəfə mart ayında "Perilima"nın formasını geyinən yarımmüdafiəçi 2006-2007-ci illərdə "Trabzonspor"da oynamışdı.

Xəbər xətti