"Qarabağ" ilk xalını qazandı - YENİLƏNİB

23:47 - 3 Dekabr 2020

Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ" da meydana çıxıb. Ağdam klubu İstanbulda Tel-Əviv "Makkabi"sini qəbul edib. Görüşdə qalib müəyyənləşməyib. Bununla da, "Qarabağ" qrupda ilk xalını qazanıb.

Qrupun digər oyununda "Sivasspor" "Vilyarreal"ı qəbul edib. ispan klubu səfərdə qələbə qazanıb - 1:0.

Avropa Liqası
Qrup mərhələsi, V tur

3 dekabr

İ qrupu

21:55. “Qarabağ” (Azərbaycan) - “Makkabi” (Tel-Əviv, İsrail) - 1:1
Qollar:
 Xayme Romero, 36 - Yonatan Kohen, 22 (pen.)

Baş hakim: Robert Hennessi (İrlandiya).
İstanbul (Türkiyə). “Başakşəhər Fatih Terim” stadionu.

Xəbər xətti