İsrail klubu "Qəbələ"nin hücumçusu ilə danışıqları dayandırdı

14:23 - 11 Yanvar 2021

İsrailin “Hapoel” (Kryat-Şmona) klubu “Qəbələ”nin futbolçusu Ceyms Adeniyinin keçidindən imtina edib.

 

Sportal.az xəbər verir ki, “Hapoel” 28 yaşlı hücumçu ilə danışıqları dayandırıb.

 

Nigeriyalı oyunçunun “Qəbələ” ilə müqaviləsi mövsümün sonuna qədərdir.

Xəbər xətti