Azərbaycanın 2 cüdoçusundan gümüş medal

Qətərin paytaxtı Dohada keçirilən cüdo üzrə nüfuzlu "World Masters" turniri başa çatıb. 

 

Sportal.az xəbər verir ki, yarışda dünyanın ən güclü cüdoçuları ilə yanaşı, Azərbaycan idmançıları da mübarizə aparıblar. Milli komandamız beynəlxalq yarışda iki medal qazanmağa müvəffəq olub. 

 

Zelim Kotsoyev (-100 kq) və İrina Kindzerska (+78 kq) yalnız finalda uduzaraq "World Masters”də gümüş medal qazanıblar. 

 

Dohada mübarizə aparan cüdoçularımızdan Nicat Şıxəlizadə, Orxan Səfərov, Elmar Qasımov, Aişə Qurbanlı və Leyla Əliyeva yarışı medalsız başa vurublar. 

 

Dünya cüdo turu seriyasından olan "World Masters” nüfuzlu beynəlxalq yarışında 69 ölkədən 215 kişi və 184 qadın olmaqla, ümumilikdə 399 cüdoçu mübarizə aparıb.

Tarix: 13 Yanvar [22:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Yanvar 2021
19  Yanvar 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio