"Fənərbaxça" "Apollon"un macar futbolçusunu transfer edir

12:55 - 14 Yanvar 2021

Türkiyənin "Fənərbaxça" klubu Kipr təmsilçisi "Apollon"un müdafiəçisi Attila Salayı transfer etmək üzrədir.

 

Sportal.az "Sabah"a istinadla xəbər verir ki, İstanbul təmsilçisi Limassol klubu ilə yanaşı, 192 sm boya sahib olan macar stopperlə anlaşıb. "Sarı-lacıvərdlilər" 23 yaşlı oyunçunun keçidinə görə 1,5 milyon avro təzminat ödəməyi qəbul edib.

 

Attila yaxın günlərdə İstanbula gəlib, tibbi müayinədən keçdikdən sonra 3 illik müqavilə imzalayacaq.

 

Macarıstan yığmasının üzvü 2019-cu ildən "Apollon"da çıxış edir.

Xəbər xətti