"Çelsi"nin futbolçu Portuqaliya klubuna keçdi

14:31 - 16 Yanvar 2021

İngiltərənin "Çelsi" klubunun futbolçusu Lukas Piazon karyerasını Portuqaliyada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi "Braqa"ya transfer olub. Braziliyalı oyunçu ilə 4,5 illik müqavilə imzalanıb.

 

Piazon 2012-ci ildə "San-Paulu"dan "Çelsi"yə transfer olub və London təmsilçisində 1 oyun keçirib. O, icarə əsasında "Malaqa", "Vitess", "Ayntraxt", "Ridinq", "Fulhem", "Kyevo" və "Riu Ave" klublarında oynayıb.

Xəbər xətti