Huntelar "Şalke"yə görə karyerasını davam etdirə bilər

Mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayan "Ayaks"ın hücumçusu Klaas-Yan Huntelar qərarını dəyişə bilər.

 

Sportal.az xəbər verir ki, 37 yaşlı futbolçu Almaniya Bundesliqasında çətin günlər yaşayan "Şalke"dən təklif aldığını açıqlayıb:

 

"Şalke" indi çətin vəziyyətdədir və məni yenidən komandada görmək istədiklərini bildirdilər. O klubda "Ayaks"dan daha çox çıxış etmişəm. İndi keçmiş klubumun mənə daha çox ehtiyacı var. Gələcəkdə nələr baş verəcəyini görəcəyik".

 

Niderland millisinin keçmiş üzvü 2010-2017-ci illərdə "Şalke"də oynayıb. Huntelar helzenkirxenlilərdə keçirdiyi 257 matçda 158 qol vurub, 43 məhsuldar ötürmə edib. Təcrübəli oyunçu bu mövsüm meydana çıxdığı 11 oyunad 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Tarix: 16 Yanvar [15:03]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Fevral 2021
27  Fevral 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio