"Qarabağ" Mahirə görə 200 min tələb edir

Polşanın “Zaqlembe” klubu “Qarabağ”ın futbolçusu Mahir Emreliyə sərfəli müqavilə təklif edib.

 

Sportal.az xəbər verir ki, bu barədə polşalı jurnalist Pyotr Kozminski “Tvitter” hesabında məlumat paylaşıb. Mahirə isə aylıq təxminən 30 min avro maaş təklif edilib. 23 yaşlı hücumçuya görə “Qarabağ”ın qarşı tərəfdən 200 min avro təzminat istədiyi iddia olunub.

 

Mahir bu mövsüm keçirdiyi 16 oyunda 9 qol vurub, 2 məhsuldar ötürmə edib.

 

Tarix: 20 Yanvar [12:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
5 Mart 2021
4  Mart 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio