Avropa Klublar Birliyinin iclasında 20 Yanvar qurbanları anıldı

17:17 - 20 Yanvar 2021

Bu gün Avropa Klublar Birliyi (ECA) İşçi Qrupunun iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, toplantıda "Qarabağ"ın baş meneceri, İşçi Qrupunun sədr müavini Asif Əsgərov da iştirak edib.

 

İclasın bu günə təsadüf etməsi səbəbindən Əsgərovun təşəbbüsü ilə 20 Yanvar hadisələri haqqında qrup üzvlərinə qısa məlumat verilib və faciə qurbanları iştirakçılar tərəfindən anılıb.

 

İşçi Qrupunda İspaniyanın "Barselona", "Real Madrid", Almaniyanın "Borussiya" (Dortmund), "Bayer", İtaliyanın "Yuventus", Niderlandın "Ayaks", İngiltərənin "Tottenhem", "Mançester Yunayted", "Lester" klublarının nümayəndələri təmsil olunurlar.

Xəbər xətti