"Səbail" "Vardar"dan ayrılan futbolçu ilə anlaşdı

12:00 - 21 Yanvar 2021

“Səbail” heyətini gücləndirməkdə davam edir.

 

Sportal.az "Sportmedia" nəşrinə istinadla xəbər verir ki, “dənizçilər” Şimali Makedoniyanın "Vardar" klubundan ayrılan Milovan Petroviki heyətinə qatıb. Xəbərdə paytaxt klubunun Şimali Makedoniya millisinin keçmiş üzvü ilə anlaşdığı bildirilir.

 

30 yaşlı yarımmüdafiəçi "Rabotniçki", AEL, "Osiyek", "Sutyeska" kimi klublarda da çıxış edib.

Xəbər xətti