“Neftçi”nin qapıçısı ilk dəfə milliyə dəvət aldı

14:42 - 23 Yanvar 2021

Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində yanvarın 29-da Slovakiya yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin heyətinə yeni oyunçu dəvət olunub.

 

Sportal.az xəbər verir ki, qapıçı Cavad Məmmədov ilk dəfə millinin düşərgəsinə qovuşub. 20 yaşlı qolkiper “Neftçi” İK-nın üzvüdür.

 

Yanvarın 29-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Slovakiya oyunu saat 18:00-da başlayacaq.

Xəbər xətti