"Neftçi"yə lazım olmayan hücumçu Əlcəzair klubunda

17:48 - 25 Yanvar 2021

"Neftçi"dən ayrılan Prins İbaranın yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Belçikanın "Berşot" klubu konqolu hücumçunu Əlcəzair təmsilçisi "Muludiya"ya icarəyə verib.

 

İbara daha öncə 2018/19 mövsümündə bu komandada çıxış edib və Əlcəzair çempionu olub. Hücumçu keçidi ilə bağlı bu sözləri deyib: "Həqiqətən də "Muludiya" ilə müqavilə imzalayacağam. Artıq klubun rəhbərləri ilə danışdım, hər şey barədə razılığa gəldik. Viza və biletim hazır olan kimi müqavilə bağlamağa gələcəyəm. Dəqiq tarixi bilmirəm, bununla bağlı iş gedir. Bu möhtəşəm kluba qoşulacağım üçün çox xoşbəxtəm və komandanın qollar vurması üçün əlimdən gələni edəcəyəm".

 

İbara mövsümün ilk yarısını icarə əsasında "Neftçi"də keçirib. O, "ağ-qaralar"da keçirdiyi 8 oyunda 1 qol vurub.

Xəbər xətti