"Qalatasaray" Nigeriya millisinin üzvünü 3-cü dəfə icarəyə götürdü

00:50 - 26 Yanvar 2021

"Monako" hücumçusu Henri Onyekurunu satın alma şərti ilə “Qalatasaray”a icarəyə verib.

 

Sportal.az xəbər verir ki, nigeriyalı vinger mövsümün sonuna qədər İstanbul təmsilçisində çıxış edəcək. O, mövsümün sonuna qədər "sarı-qırmızılar"da çıxış edəcək. 23 yaşlı oyunçu yeni klubunda 7 nömrəli formanı geyinəcək.

 

Onyekuru daha əvvəl 2 dəfə icarə əsasında "Qalatasaray"da oynayıb. "Monako" 2019-cu ildə futbolçunu "Everton"dan 13,5 milyon avroya transfer edib.

Xəbər xətti