Zaur Axundov milli komanda ilə görüşüb - FOTOLAR

14:34 - 26 Yanvar 2021

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov Azərbaycan milli komandasının heyəti ilə görüşüb.

 

Sportal.az xəbər verir ki, AFF prezidenti komandanın üzvlərinə qarşıdakı oyunlarda ugurlar arzulayıb. Millinin baş məşqçisi Joze Alesio Da Silva hazırlıqla və oyunçuların durumu ilə bağlı federasiya rəhbərinə məlumat verib.

 

Milli komanda Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində yanvarın 29-da Bakı İdman Sarayında Slovakiya, fevralın 2-də isə Afinada Yunanıstan yığması ilə qarşılaşacaq.

 

Xəbər xətti