"Beşiktaş" 38 yaşlı futbolçu ilə bağlı qərar verdi

15:37 - 28 Yanvar 2021

“Beşiktaş” mövsümün sonunda müqaviləsi başa çatacaq kanadalı yarımmdüfiəçisi Atiba Hatçinsonun sözləşməsini uzatmağa qərar verib.

 

Sportal.az xəbər verir ki, karyerasını davam etdirmək istəyən 38 yaşlı futbolçu daha bir mövsüm İstanbul təmsilçisidə çıxış etməyi qəbul edib. Təcrübəli futbolçunun illik maaşı 550 min avro olacaq.

 

Atiba 2013-cü ildə PSV-dən "Beşiktaş"a keçib. O, bu mövsüm Super Liqada keçirdiyi 18 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə edib.

Xəbər xətti