"Qalatasaray" "Nyukasl"ın futbolçusu ilə anlaşdı

16:42 - 28 Yanvar 2021

"Qalatasaray" gələn mövsüm üçün transfer reallaşdırıb.

 

Sportal.az "Daily Express" nəşrinə istinadla xəbər verir ki, İstanbul təmsilçisi mövsümün sonunda "Nyukasl"dan ayrılacaq Deandre Yedlinlə anlaşıb. ABŞ millisinin üzvü "sarı-qırmızılar"a azad agent statusu ilə keçəcək.

 

Yedlin 2016-cı ildə 5,9 milyon avroya "Tottenhem"dən "Nyukasl"a keçib. 28 yaşlı sağ cinah müdafiəçisi bu mövsüm keçirdiyi 10 oyunda 1 məhsuldar ötürmə edib.

Xəbər xətti