Ən gənc əcnəbi - "Zirə"nin statistikası

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Neftçi” ilə ilk oyunu daha bir futbolçunun “Zirə”də debütü ilə əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, “qartallar”ın 1:0 hesablı qələbə qazandığı matçın 77-ci dəqiqəsində meydana daxil olan Filipe Pahtman ilk rəsmi görüşünü keçirib. Filipe klub tarixinə Braziliya vətəndaşı kimi qeydiyyatdan keçən 5-ci əcnəbi olub. Onadək Dieqo Souza, Eduard Makiel, Mateus Albino və Rangel Kayo “Zirə”nin formasını geyinib.

 

Pahtman “qartallar”ın heyətində meydana çıxan ən gənc əcnəbi olub. O, 20 yaş 9 ay 23 günlüyündə qəsəbə təmsilçisində debüt edib. Cənubi amerikalıya qədər bu rekord Georgi Qoroziyaya məxsus idi. 2016/17 mövsümündə şans qazanan gürcüstanlı 21 yaş 11 ay 10 günlüyündə ilk dəfə “Zirə” forması geyinib.

Tarix: 4 Fevral [15:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Aprel 2021
13  Aprel 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio