Krespo istefa verdi

22:37 - 8 Fevral 2021

Argentinalı mütəxəssis Ernan Krespo ölkəsinin yüksək liqasında çıxış edən "Defensa və Xustisiya" klubunun baş məşqçi postundan istefa verib.

 

Sportal.az xəbər verir ki, 45 yaşlı çalışdırıcı vaxtından əvvəl klubdan ayrılıb.

 

Klub onun rəhbərliyi ilə Cənubi Amerika kubokunu qazanıb. Məşhur veteran futbolçu daha öncə İtalyanın "Modena" və Argentinanın "Banfild" komandalarının baş məşqçisi olub.

Xəbər xətti