Arda təhqirə görə cəzalandı

23:23 - 10 Fevral 2021

Türkiyə Futbol Federasiyası "Qalatasaray"ın futbolçusu Arda Turanı cəzalandırıb.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi 2 oyunluq diskvalifikasiya olunub.

 

Buna onun "Fənərbaxça" ilə Super Liqanın 24-cü turunun səfər matçından sonra təhqiramiz ifadələr işlətməsi səbəb olub.

 

Oyunda "Qalatasaray" 1:0 hesablı qələbə qazanıb.

Xəbər xətti