"Braqa" - "Portu" oyununda kuryoz hadisə - VİDEO

11:52 - 11 Fevral 2021

Portuqaliya kubokunun yarımfinalında keçirilən “Braqa” - Portu" matçında (1:1) kuryoz hadisə baş verib.

 

Sportal.az xəbər verir ki, meydan sahiblərinin müdafiəçisi David Karmo ikinci hissədə zədələndiyi üçün təcili yardım maşını meydançaya girib. Lakin nasazlıq səbəbindən maşın meydanda hərəkət edə bilməyib.

 

Hər iki komandanın oyunçuları maşını itələmək məcburiyyətində qalıb. Təcili yardım maşını meydanı tərk etdikdən sonra oyun davam etdirilib.

 

Xəbər xətti