"Bayern" dünya çempionu oldu

00:30 - 12 Fevral 2021

Qətərdə keçirilən klublararası dünya çempionatına yekun vurulub.

 

Sportal.az xəbər verir ki, finalda Almaniyanın "Bayern" və Meksikanın "Tiqres" komandaları üz-üzə gəlib. "Edukeyşn Siti" stadionunda baş tutan qarşılaşma Münhen klubunun minimal hesablı qələbəsi ilə başa çatıb.

 

Avropa təmsilçisi tarixində 2-ci dəfə dünya çempionluğunu qazanıb.

 

Braziliya "Palmeyras"ını məğlub edən Misirin "Əl-Əhli" klubu turnirin bürünc medallarına sahib çıxıb.

 

"Bayern" - "Tiqres" - 1:0

Qol: Benjamin Pavar, 61

Xəbər xətti