Braziliya millisinin keçmiş üzvü Aleşandre Pato karyerasını ABŞ-da davam etdirəcək.
Sportal.az xəbər verir ki, 31 yaşlı hücumçu “Orlando Siti”yə keçib. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.
Pato son olaraq “San Paulo”da oynayıb. O, 2020-ci ilin avqustundan azad agent statusu daşıyırdı. Braziliyalı futbolçu “Milan” (İtaliya), “Korintians” (Braziliya), “Çelsi” (İngiltərə), “Vilyarreal” (İspaniya), “Tyantzin Tyantsyan” (Çin) kimi klublarda çıxış edib.
saytlarin hazirlanmasi