8 ildən sonra - "Sumqayıt"ın statistikası

12:45 - 15 Fevral 2021

“Sumqayıt” mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb.

 

Sportal.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Premyer Liqanın 15-ci turunda “Səbail”in qapısından üç cavabsız top keçirib. “Gənclik şəhəri” təmsilçisi sonuncu dəfə böyük hesabla 2018/19 mövsümünün II turunda qalib gəlib. Həmin vaxt səfərdə “Sabah”ı 4:1 hesabı ilə məğlub edən sumqayıtlılar 2018-ci il avqustun 19-dan sonra belə qələbə qazanmamışdı. Bu iki il yarım ərzində komanda 60 görüşdə üç və ya daha artıq top fərqilə qalib gəlməyib.

 

“Sumqayıt” öz meydanında 8 ildən sonra böyük hesabla qalib gəlib. 2012/13 mövsümündə “Rəvan”ı 4:1 hesabı ilə məğlub edən komanda 2013-cü il mayın 4-dən sonra belə nəticəyə imza atmamışdı.

Xəbər xətti