“Napoli”nin hücumçusu xəstəxanalıq oldu

“Napoli”nin futbolçusu Viktor Osimhen İtaliya A Seriyasının 23-cü turunun “Atalanta” ilə səfər matçı zamanı huşunu itirib.

 

Sportal.az xəbər verir ki, nigeriyalı hücumçu qarşılaşmanın sonuncu dəqiqəsində arxası üstə yerə yıxılıb və başı yerə dəyib. Meydanı xərəkdə tərk edən Osimhen dərhal xəstəxanaya aparılıb.

 

“Napoli”nin mətbuat xidmətindən edilən açıqlamada, 23 yaşlı hücumçunun səhhətinin yaxşı olduğu və gecəni xəstəxanada keçirdiyi bildirilib.

 

“Atalanta” – “Napoli” matçı meydan sahiblərinin 4:2 hesablı qələbəsiylə başa çatıb.

Tarix: 22 Fevral [16:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
2 Mart 2021
1  Mart 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio