Holand "Everton"da baxışda olub

23:00 - 22 Fevral 2021

Almaniyanın "Borussiya" klubunun hücumçusu Erlinq Holandla bağlı maraqlı məlumat ortaya çıxıb.

 

Sportal.az xəbər verir ki, norveçli futbolçu İngiltərənin "Everton" klubunda baxışdan keçsə də, məşqçilər onu bəyənməyib. 2012-2016-cı illərdə Liverpul təmsilçisinin transferlərinə cavabdeh olan Yan Atkins bildirib ki, hücumçunun bacarığı məşqçiləri qane etməyib:

 

"Skautumuz Bren Kinq bu gənc üçün çox həyəcanlı idi. Holandı çox izləmişdi və onun barədə yüksək fikirləri var idi. Tövsiyəsi ilə klub norveçli oyunçunu 4 günlük baxışa dəvət elədi. 4 günlük yoxlanışdan sonra akdemiya onun yetərincə bacarıqlı olmadığı qənaətinə gəldi. Ancaq Kinq eyni fikirdə deyildi. O, Holandın yüksək keyfiyyətlərə sahib hücumçu olacağını düşünürdü. O, artıq "Everton"un əlindən çıxmışdı".

 

"Everton"dan bəyənilməyən hücumçunu Norveçin "Mölde" klubu heyətinə qatmışdı. 20 yaşlı forvard bu komandada keçirdiyi 39 oyunda 14 qol vurdu və ardınca "Zalsburq"a transfer oldu.

Xəbər xətti