Qurban Qurbanov: "Bu məsələyə qayıtmasaq, daha yaxşı olar"

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportal.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

 

“Qələbə bizim üçün çox vacib idi. Amma komandadakı istək məni daha çox sevindirir. Bəzi epizodlarda tələsirdik. Bu istəyi qoruyub saxlamaq lazımdır. Çalışmalıyıq ki, bütün komponentlərə diqqət yetirək. Aftandil Hacıyevə uğurlar arzulayıram. Çox kompakt və istəkli komandası var. Son vaxtlar rəqib komandalarda aqressiya hiss olunur. Futbolçularım bu gün çox əziyyət çəkdi. İnanıram ki, bu istək davam edəcək”.

 

Qurbanov 4 oyunluq cəzalandırılan Kevin Medina ilə bağlı suala bu cür cavab verib: “Bu məsələni bağlamaq lazımdır. Klubun daxili nizam-intizam kodeksi var. Futbolda gözlənilməz vərəqələr olur. Həmişə futbolçunun vərəqni hansı səbəbdən aldığına önəm vermişəm. Medina klub tərəfindən cəzalandırılıb, amma detalları açıqlamırıq. Özü də çox fikir edir. Gözlənilmədən qırmızı vərəqə alıb. Bəzən qalib gəlmək istəyi belə hallara gətirib çıxarır. Bir daha bu məsələyə qayıtmasaq, daha yaxşı olar”.

Tarix: 25 Fevral [22:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Aprel 2021
17  Aprel 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio