Portuqaliya - Azərbaycan matçı fərqli məkanda keçirilə bilər

00:41 - 2 Mart 2021

DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək Portuqaliya - Azərbaycan matçının yeri dəyişdirilə bilər.

 

Sportal.az xəbər verir ki, buna səbəb pireneylilərin aparıcı üzvlərinin qarşılaşmada iştirak edə bilməmək təhlükəsidir.

 

İngiltərə Premyer Liqasında çıxış edən futbolçular ölkədə koronavirusla bağlı tətbiq olunan səyahət məhdudiyyətlərinə görə yığmadan kənarda qala bilərlər. Qaydalara əsasən, millinin düşərgəsindən qayıdacaq futbolçular İngiltərədə karantinə alınacaq. Bu isə Premyer Liqa klublarının narazılığına səbəb olur.

 

Vəziyyətdən çıxış yolu axtaran Portuqaliya Futbol Federasiyası oyunun başqa ölkədə keçirilməsi variantını nəzərdən keçirir.

 

Portuqaliya - Azərbaycan görüşü martın 24-də keçiriləcək.

Xəbər xətti