"Beşiktaş"a 1 qol kifayət etdi - VİDEO

23:23 - 2 Mart 2021

Türkiyə Super Liqasında 27-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Yeni Malatyaspor" evdə "Beşiktaş"a 0:1 hesabı ilə uduzub.

 

Super Liqada turnir cədvəlinə 57 xalla "Qalatasaray" başçılıq edir. "Beşiktaş" da 57 xal toplayıb və 2-ci sırada qərarlaşıb. "Fənərbaxça" 54 xalla 3-cü yerin sahibidir. 31 xalı olan "Yeni Malatyaspor" 13-cüdür.

 

"Yeni Malatyaspor" - "Beşiktaş" - 0:1

Qol: Atiba Hatiçinson, 59

 

Xəbər xətti