“Zirə”nin hücumçusuna milli dəvət

16:49 - 18 Mart 2021

“Zirə”nin hücumçusu Klesio Bauk Mozambik millisinə dəvət alıb.

 

Sportal.az xəbər verir ki, hücumçu ölkəsinin millisinin Afrika Millətlər kubokunun seçmə mərhələsində Ruanda və Kabo-Verdeyə qarşı keçiriləcək görüşləri üçün heyətə salınıb.

 

Mozambik millisi martın 22-də Ruanda ilə səfərdə, 30-da isə evdə Kabo-Verde ilə qarşılaşacaq. Kabo-Verde yığmasına “Qarabağ”ın futbolçusu Patrik Andrade dəvət alıb.

Xəbər xətti