Flik "Bavariya"dan gedir

15:46 - 8 Aprel 2021

"Bavariya"nın baş məşqçisi Hans-Diter Flik mövsümün sonunda klubdan ayrıla bilər.

 

Sportal.az "Bild" istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis klubla münasibətlərinə görə bu qərarı vermək istəyir. Məlumata görə, alman çalışdırıcı klubdan ayrılacağını rəhbərliyə çatdırıb.

 

Xəbərdə onun klubun idman direktoru Hasan Salihamidziçlə münasibətlərinin qaydasında olmadığı vurğulanıb.

Xəbər xətti