Musadan sürpriz transfer qərarı

17:17 - 14 Aprel 2021

Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"dən ayrılan Əhməd Musa gözlənilməz transfer qərarı verib.

 

Sportal.az xəbər verir ki, nigeriyalı hücumçu bundan sonra ölkəsində çıxış edəcək. O, "Kano Pillars" klubu ilə mövsümün sonuna qədər razılıq əldə edib.

 

28 yaşlı futbolçu Niderlandın "Venlo", Rusiyanın ÇSKA, İngiltərənin "Lester Siti" kimi klublarında çıxış edib. Musa Nigeriya millisində keçirdiyi 87 oyunda 15 qol vurub.

Xəbər xətti