İtaliya klubunda 6 futbolçu koronavirusa yoluxdu

11:27 - 24 İyul 2021

İtaliyanın “Empoli” klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

 

Xəbərdə komandanın 6 futbolçusunun COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Koronavirus aşkarlanmış futbolçuların adları açıqlanmır. 

 

Qeyd edək ki, “Empoli” yeni mövsümdən A Seriyasında mübarizə aparacaq.

Xəbər xətti