Türkiyə klubu Ronaldonu transfer etdi

18:25 - 27 İyul 2021

Türkiyənin “Rizəspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi braziliyalı yarımmüdafiəçi Ronaldo Mendesi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

 

Ronaldo Mendes son olaraq Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vasl” klubunda çıxış edib.

Xəbər xətti