"Qarabağ"ın son məşqi və mətbuat konfransının vaxtı bilindi

23:58 - 27 İyul 2021

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində İsraildə "Aşdod"la üz-üzə gələcək (ilk oyun - 1:1) "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun keçirəcəyi mətbuat konfransının başlama vaxtı bilinib.

 

Sportal.az xəbər verir ki, ağdamlıların çalışdırıcısı sabah Aşdoddakı "Jabotinski" stadionunda media önünə çıxacaq.

 

Mütəxəssis Bakı vaxtı ilə 20:45-də jurnalistlərin suallarını cavablandıracaq. 21:15-də isə Ağdam təmsilçisi sözügedən məkanda məşq edəcək.

 

Qeyd edək ki, "Aşdod" - "Qarabağ" görüşünün start fiti iyulun 29-da, Bakı vaxtı ilə 21:00-da səsləndiriləcək.

Xəbər xətti