"Fənərbaxça" Niderland klubu ilə heç-heçə etdi - VİDEO

13:30 - 29 İyul 2021

Türkiyənin "Fənərbaxça" klubu yeni mövsümün hazırlığını davam etdirir.

 

Sportal.az xəbər verir ki, "sarı-lacivərtlilər" yoxlama oyununda Niderlandın "Zvolle" klubu ilə qarşılaşıb. 4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib.

 

Qeyd edək ki, "Fənərbaxça" növbəti mövsümdə Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq.

 

"Fənərbaxça"- "Zvolle" 2:2

QOLLAR: Marsel Tisserand, 45, Enner Valensiya, 48 - Mustafa Saymak, 68, Çardi Mpindi Landu, 82

 

Xəbər xətti