"Legiya"nın baş məşqçisi: "Mahir Emreli bu sistemə uyğun gəlir"

10:38 - 5 Avqust 2021

“Legiya”nın baş məşqisi Çeslav Mixneviç yerli mətbuata açıqlama verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Dinamo”(Zaqreb) ilə ilk görüşündə, ötən mövsümün bombardiri Tomaş Pekxartı yox, Mahir Emrelini start heyətində meydana buraxmasına aydınlıq gətirib:

 

"Pekxartın mövqeyini gözəl bilirəm. O, bizim ən yaxşı bombardirimizdi, bizə çox kömək olub. Hazırlıq dönəmində komanda ilə birlikdə olmadığına görə, hələ ki, formasını yığmaqdadı, optimal formada deyil. Mən onunla danışmışam, öz qərarımı və ondan gözləntilərimi də izah etmişəm.

 

Mahir Emreli, Rafa Lopes, Pekxart və gənc oyunçular da var. Daima rotasiyalar edəcəyik. Hazırda bizim üçün 3-5-2 sisteminə daha çox Emreli və Lopes uyğun gəlir. Məhz buna görə də onları start heyətində meydana buraxdıq".

Xəbər xətti