"PSJ-nin Messiyə deyil, yaxşı müdafiəyə ehtiyacı var"

18:52 - 17 Avqust 2021

Fransa millisinin keçmiş üzvü Tyeri Anri Lionel Messinin PSJ-yə keçidindən danışıb.

 

Sportal.az xəbər verir ki, o, Paris təmsilçisinin müdafiə xəttinin daha gücləndirilməli olduğunu deyib:

 

"Ulduzlar komandası olan PSJ-nin uğur qazanması üçün ehtiyacı olduğu transfer tək Lionel Messi deyil. Klub xüsusilə müdafiə xəttini gücləndirməlidir. Messi insanüstü keyfiyyətlərə sahibdir, amma PSJ-nin problemlərini çözək oyunçu deyil. Parislilər müdafiəni gücləndirməyə çalışmalıdır. "Barselona"da oynadığım illərdə biz çox qol vururduq və az buraxırdıq. İnsanlar bunu deyəsən unudublar".

 

Messi bu yay "Barselona"dan ayrılaraq PSJ-yə keçib.

Xəbər xətti