Azərbaycan Premyer Liqasında VAR sisteminin tətbiq olunacağı vaxt açıqlandı

14:33 - 19 Avqust 2021

Azərbaycan Premyer Liqasında VAR (video köməkçi hakim) sisteminin tətbiq ediləcəyi vaxt bəlli olub.

 

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, AFFA-nın İcraiyyə Komitəsinin bu günkü iclasında verilən qərarə əsasən, Premyer Liqada VAR-la bağlı tender sənədlərinə uyğun olaraq müvafiq hüquqi prosedurların icrasına başlanılacaq. 2021/2022-ci il mövsümünün qış fasiləsindən sonra VAR sisteminin tətbiqi nəzərdə tutulur.

 

Sentyabrın 1-dən isə Premyer Liqa hakimləri ilə əlaqədar “Peşəkar hakim” sistemi tətbiq olunacaq.

Xəbər xətti