Baş məşqçidən Ronaldo açıqlaması: "Yuventus"da qalır?

15:12 - 21 Avqust 2021

Kristiano Ronaldonun "Yuventus"dakı gələcəyinə aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı ulduz Turin təmsilçisində qalacaq. Bu barədə komandanın baş məşqçisi Massimiliano Alleqri açıqlama verib. O, 36 yaşlı hücumçunun "Yuventus"da qalacağını deyib:

 

"Kristiano Ronaldo mənə "Yuventus"da qalmaq istədiyini dedi. Bunu təsdiqləyə bilərəm".

 

Qeyd edək ki, Ronaldo "Yuventus"a 2018-ci ildə "Real"dan transfer olub.

Xəbər xətti