Çalhanoğlu debüt oyunundan danışdı

16:16 - 22 Avqust 2021

İtaliya A Seriyasının ilk turunda "Cenoa" ilə matçda (4:0) 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan "İnter"in yeni transferi Hakan Çalhanoğlu açıqlama verib.

 

Sportal.az xəbər verir ki, türkiyəli futbolçu bundan sonra da ən yaxşı şəkildə oynamağa çalışacağını deyib:

 

"İnter" azarkeşlərinin bu mövsüm bizdən böyük gözləntilərinin olduğunu bilirik. Mövsümə çox yaxşı başladıq. Bütün fanatlara təşəkkür edirəm, dəstəklərini maksimum hiss etdim. Bu komanda üçün bacardığım köməyi etmək istəyirəm. Baş məşqçi Simone İnzaqinin də məndən gözləntilərinin olduğunu bilirəm. Əlimdən gələni edəcəyəm. Təcrübəli futbolçularıq, belə bacarığa malik olan oyunçularla çıxış etmək rahatdır. Belə davam etmək istəyirik".

 

Çalhanoğlu bu yay "Milan"dan "İnter"ə keçib.

Xəbər xətti