"Neftçi" Namik Ələskərovun "Bursaspor"da debütünü gecikdirir

17:17 - 23 Avqust 2021

"Bursaspor"a transfer olan Namik Ələskərovun yeni klubunda debütü yubanır.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Türkiyə 1-ci liqasının 2-ci turunda bu gün "Ərzurumspor"la oyunda da meydana çıxa bilməyəcək. Buna səbəb 26 yaşlı futbolçunun sabiq klubu "Neftçi"di. Belə ki, "ağ-qaralar" Ələskərovun transfer vərəqini qarşı tərəfə vermir. Buna görə də Türkiyə klubu onu federasiyaya sifariş edə bilmir.

 

Qeyd edək ki, Namik Ələskərov "Bursaspor" klubu ilə 2 illik müqavilə imzalayıb.

Xəbər xətti