"Neftçi"nin ilk prezidenti vəfat etdi

00:31 - 3 Sentyabr 2021

"Neftçi" klubunun ilk prezidenti Aydın İbrahimov vəfat edib.

 

Sportal.az xəbər verir ki, prezident təqaüdçüsü, güləş üzrə dünya və Avropa çempionu, Olimpiya Oyunlarının mükafatçısı 83 yaşında koronavirusdan dünyasını dəyişib.

 

Aydın İbrahimov 1988-1997-ci illərdə “Neftçi”nin prezidenti olub.

Xəbər xətti