Salahın maaş tələbi "Liverpul"u şoka saldı

17:11 - 6 Sentyabr 2021

"Liverpul" hücumçusu Məhəmməd Salahla yeni müqavilə imzalamaq üçün danışıqlar aparır.

 

Sportal.az "Daily Mail" nəşrinə istinadla xəbər verir ki, 29 yaşlı futbolçu "qırmızılar"dan illik 27 milyon avro maaş istəyib. Mersisaydlılar misirli futbolçunun bu tələbindən sonra danışıqları müvəqətti dayandırıb.

 

Salahın müqaviləsinin başa çatmasına 2 il qalıb. Onun illik maaşı 12 milyon avrodur.

Xəbər xətti