“Sabah” futbolçu seçir

23:37 - 6 Sentyabr 2021

“Sabah”ın futbol akademiyası aşağı yaş qruplarına futbolçu seçimlərini elan edir.

 

Sportal.az xəbər verir ki, sentyabrın 10-da, 2005, 2006, 2007, 2008, 2009-cu il təvəllüdlü futbolçular arasında keçiriləcək seçimlər aşağıdakı vaxt aralığında təşkil olunacaq:

 

2008-2009-cu il təvəllüdlü futbolçular üçün saat 16:00-da;
2006-2007-ci il təvəllüdlü futbolçular üçün saat 17:00-da;
2005-ci il təvəllüdlü futbolçular üçün saat 18:00-da;

 

İştirak etmək üçün +994555838590 nömrəsi ilə əlaqə saxlayıb, qeydiyyatdan keçmək lazımdır.

 

Seçimlərin keçiriləcəyi ünvan:
Olimpiya İdman Növləri üzrə Təlim-Məşq Bazası (“Neftçi”nin keçmiş bazası, Azadlıq prospekti 128 )
Ünvan xəritədə: https://goo.gl/maps/uWR27WAZT6FAozyy9

 

İştirakçılar seçimlərə gələrkən özləri ilə şəhadətmə və ya şəxsiyyət vəsiqəsinin surətini gətirməlidirlər.

Xəbər xətti