Çeferin: "Bu halda dünya çempionatı maraqsızlaşar"

23:23 - 6 Sentyabr 2021

UEFA-nın prezidenti Aleksandr Çeferin dünya çempionatının iki ildən bir keçirilməsi təklifinə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, sloveniyalı funksioner bunun reallaşacağı təqdirdə, mundialın maraqsızlaşacağını deyib:

 

"Dünya çempionatının dəyəri onun dörd ildən bir keçirilməsidir. Əgər yarış iki ildən bir təşkil olunsa, maraq azalar".

 

Bundan öncə FIFA-nın turniri iki ildən bir keçirmək üçün çalışdığı iddia edilmişdi.

Xəbər xətti