Klopp: "Ronaldonun "Mançester Yunayted"ə qayıtmasına sevinmirəm"

18:51 - 13 Sentyabr 2021

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Mançester Yunayted"ə qayıdan Kriştiano Ronaldo barədə danışıb.

 

Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis əzəli rəqiblərinin bu transferinə sevinmədiyini deyib:

 

"Ronaldonun "Mançester Yunayted"ə qayıtmasına sevindimmi? Xeyr, bunu deyə bilmərəm. Hətta onun "Yuventus"dan ayrıldığını eşidəndə təəccübləndim. Heç bir fikrim yoxdur. "Yuventus"da nələr yaşandığını bilmirəm. Ronaldo yaxşı futbolçudur? Bəli, təəssüf ki, belədir".

Xəbər xətti