"Beşiktaş"da şok itki

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, komandanın əsas oyunçularından olan Rəşid Qezzal sıradan çıxıb. Əlcəzairli vinger Super Liqanın 6-cı turunda ""Adana Dəmirspor"la matçda (3:3) əzələsindən zədələnib. 

 

29 yaşlı futbolçu həftəsonu ölkə çempionatında "Altay"la oyunda iştirak edə bilməyəcək. Qezzalın Çempionlar Liqasında "Ayaks"a qarşı oynayıb-oynamayacağı bilinmir.

 

Qeyd edək ki, Rəşid Qezzal ötən mövsümdən "Beşiktaş"da çıxış edir. O, "qara qartallar"ın heyətində meydana çıxdığı 42 oyunda 9 qol və 20 məhsuldar ötürmə ilə yadda qaldı.

Tarix: 22 Sentyabr [13:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18  Oktyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio