"Ronaldo futbolçu olmasaydı, divar ustası olardı"

"Kriştianoya "mən ölmədən öncə "Sportinq"də oynadığını görmək istəyirəm" demişəm. Bunu görməyi çox istəyirəm".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Mançester Yunayted"in ulduz futbolçusu Kriştiano Ronaldonun anası Dolores Alveyro deyib. 

 

Ronaldonun anası oğlunun uşaq vaxtı çox böyük çətinliklər çəkdiyini bildirib. O, Kriştianonun futbolçu olmasaydı, usta olacağını deyib:

 

"Pulsuz çox günlər yaşamışıq. Hətta Kriştiano futbolu bitirmək üzrə idi. Mənə hər zaman "sənə ev və maşın alacağam" deyirdi və dediyini etdi. Əgər futbolçu olmasaydı, divar ustası olardı". 

Tarix: 22 Sentyabr [14:03]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Oktyabr 2021
27  Oktyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio